Bakı Hərbi Məhkəməsində separatçılara hökm oxunub YENİLƏNİB
Dekabrın 26-da məhkəmə kollegiyası müşavirəyə getmişdi
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyean 16 il, Levon Balayan 16 il, Vasili Beqlaryan 15 il, Qurgen Stepanyan 15 il, Erik Qazaryan 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsində yekun qərar elan olunub.
***
Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayan 19 il azadlıqdan məhrum olunub. (Babayanın yaşı 65 çox olduğuna görə Azərbaycan qanunvericiliyinə uyğun ömürlük həbs cəzası verilə bilməz). Qeyd edək ki, prokuror Mədət Babayana 20 il həbs cəzası tələb etmişdi.

***
Separatçı və hərbi cani Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edilib. (Sahakyanın yaşı 65 çox olduğuna görə Azərbaycan qanunvericiliyinə uyğun ömürlük həbs cəzası verilə bilməz)

***
Separatçı və hərbi cani Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib. (Qukasyanın yaşı 65 çox olduğuna görə Azərbaycan qanunvericiliyinə uyğun ömürlük həbs cəzası verilə bilməz)

***
Separatçı və hərbi cani David Babayan ömürlük azadlıqdan məhrum edilib.

***
Separatçı və hərbi cani Davit İşxanyan ömürlük azadlıqdan məhrum edilib

***
Separatçı və hərbi cani David Manukyan ömürlük azadlıqdan məhrum edilib.

***
Separatçı və hərbi canı Levon Mnatsakanyana ömürlük həbs cəzası verilib.

***

Separatçı və hərbi cani Araik Harutyunyan ömürlük həbs cəzasına məhkum edilib
***
09:24
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edirlər.
Xatırladaq ki, məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb.
Dekabrın 26-da məhkəmə kollegiyası müşavirəyə gedib.
3 dəqiqə