Bu gün görkəmli bəstəkar Vasif Adıgözəlovun ad günüdür

Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin hazırladığı VİDEOÇARX

  • Oxuma müddəti:

    2 dəqiqə

  • Vasif Zülfüqar oğlu Adıgözəlov (28 iyul 1935, Bakı – 15 sentyabr 2006, Bakı) Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.

    Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlayıb. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışıb. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib.

    1989-cu ildən professor adını alıb. Bakı Musiqi Akademiyasında "xor dirijorluğu" kafedrasına rəhbərlik edib.

     

    Əsərləri

    2 opera: "Ölülər (opera)", "Natəvan (opera)"

    5 musiqili komediya: "Hacı Qara (operetta)" (həmmüəllifi R. Mustafayev), "Nənəmin şahlıq quşu", "Boşanaq - evlənərik", "Lənət şeytana"

    4 oratoriya: "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı"

    3 kantata: "Novruzum", "Təntənəli"

    4 simfoniya

    6 instrumental konsert

    kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.

    Filmoqrafiya

    Aktrisanın təbəssümü (film, 1974)

    Balaca çoban (film, 1985)

    Bir tale naxışı. Vasif Adıgözəlov (film, 2012)

    Cazibə Qüvvəsi (1964)

    Həyat bizi sınayır (film, 1972)

    Keyfiyyət nişanı (film, 1974)

    Kədərimiz... Vüqarımız... (film, 1998)

    Kişi sözü (film, 1987)

    Qaraca qız (film, 1966)(film, kinoalmanax)

    Qəribə əhvalat (film, 1960)

    Lahıc (film, 2004)

    Maestro (film, 2002)

    Mahnı qanadlarında (film, 1972)

    Məhəbbət oratoriyası (film, 2003)

    Mətbuat fədaisi (film, 2007)

    Nəriman Əliyev (film, 2005)

    Skripkanın sərgüzəşti (film, 1972)

    Sovet Azərbaycanı (film, 1972)

    Sovet Azərbaycanı (film, 1977)

    Şərikli çörək (film, 1969)

    Zülfü ocağı (film, 2002)

    Ailəsində incəsənət xadimləri

    Muğam xanəndəsi Zülfü Adıgözəlovun oğludur.

    Müğənni Rauf Adıgözəlovun qardaşıdır.

    Dirijor Yalçın Adıgözəlovun atasıdır.

    ANS Şirkətlər Qrupu əziz bəstəkarımıza Allahdan rəhmət diləyir, ailə üzvlərinə can sağlığı və uzun ömür arzulayır.