BLOQ

Xankəndində qalan ermənilərə HEÇ KİM yiyə durmur

Bəs bu olaydan sonra Ermənistan Karen Avanesyanı “23-lük” siyahısına əlavə edəcəkmi?!

Xankəndində qalan ermənilərə HEÇ KİM yiyə durmur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Karen Avanesyanla bağlı insident, şübhəsiz ki, ətraflı təhlil tələb edir və istintaq təqsirləndirilən şəxsin silahı harada və necə gizlətdiyini və bunun niyə indi baş verdiyini göstərəcək.

    Kirill Krivosheev bu hadisədən sonra baş verəcək hadisələri proqnozlaşdırmağa çalışdı, lakin əsas şeyi əldən verdi.

    Əsas odur ki, Ermənistan Karen Avanesyanı “23-lük” siyahısına əlavə edəcəkmi?! Və siyahı artıq “24” olacaqmı?!

    Artıq iki ilə yaxın vaxt keçib və bu müddət ərzində Ermənistan hökuməti Xankəndində qalan ermənilərin geri qaytarılması üçün bir dəfə də olsun rəsmi müraciət etməyib. Erməni cəmiyyətində isə onları xatırlamırlar, heç kim onları Ermənistana çağırmır. HEÇ KİM!

    Həm də ona görə ki, bu insanların nə Vardanyan, nə Arutyunyan, Saakyan və başqaları kimi vasitələri yoxdur. Onlara görə nə Rusiya, nə də ABŞ-da olan erməni diasporları canfəşanlığ  etmirlər.

    Məncə əsas məsələ elə budur...

    O ki, qaldı hadisənin özünə, istintaq verilən suallara cavab verməlidir.