BLOQ

Qadağan olunan tarix

Dünya tarixi bizə sifarişli halda, olduqca dar çərçivədə, istənilən tarixdə çatdırılır

Qadağan olunan tarix
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu yazını oxuduqdan sonra bildiyiniz dillərdə "Google" axtarış saytında "ehram"- "пирамида" və sair yazın və nəticəyə baxın. Bir mənalı olaraq yalnız Misir ehramları çıxacaq. Amma cəm halda axtarış verib "Dünya ehramları" (пирамиды мира) yazsanız, buna bənzər şəkil və məlumatlar çıxacaq.

    Şəklə diqqətlə baxın.


    İRAN-MİSİR-İRAQ-SOMALİ-ÇİN-MEKSİKA-İNDONEZİYA-KAMBOCA-İSPANİYA... ərazilərində təxmini eyni ölçü və görünüşdə çoxsaylı ehramlar inşa edilib? Nə nə zaman, kimlər və hansı məqsədlərlə? Bir halda ki tarixdən oxuduğumuz yalnız Misir ehramları olub. Universitetlərdə də Misirşünaslıq fakültəsində bu mövzuya xüsusi yer verilir, hər ii araşdırmalara milyonlar xərclənir və  istər tələbələr, istərsə də turistlər bura ilə tanış olunhrlar. Niyə? Ümumiyyətlə nə üçün bu barədə məlumat verilmir?

    Uzun illər tarixi abidələr barədə araşdırmalar aparan biri kimi bilmişəm ki, Çin səddindən sonra dünyada ikinci ən uzun qala divarı İrandadır. Sən demə, heç İranın özündə belə çox adamın bundan xəbəri yox imiş. Bir halda ki, həmin İranda ərəb yürüşü zamanı sərkərdələrin az qala atına nal vuran dəmirçinin də adı öyrənilsin. Bu bir iranlıya lazımdırmı?

    İndi elə bilirsiniz ki, Şirvanşahlar sarayı barədə nəsə bilirik? Hərçənd mən bu barədə ANS Pressin nəşr etdiyi "Karvan" jurnalında ayrıca məqalə də yazmışdım. Sözümün canı budur ki, dünya tarixi bizə sifarişli halda, olduqca dar çərçivədə, istənilən tarixdə çatdırılır. Və əgər yalnız ehramlar barədə bu iki suala vicdanla cavab verilsə, dünya xronologiyası baş-ayaq olacaq.

    1. Ehramlar nə zaman tikildi?
    2. Ehramlar arasındaki əlaqə nədən ibarətdir? Yəni dünyanın müxtəlif yerlərində nə üçün ehramlar tikilib?