Çingiz Abdullayev ölkəni tərk etmək istədiyini yazıb. Deyir, bezmişəm. Səbəb nə olsa yaxşıdır? Azərbaycan dilində danışa bilmədiyinə görə onu qınayırlar, bu da bezib, yorulub.
Zalım oğlu, 40 dənə vəzifən var. Yazıçılar Birliyinin yiyəsisən. Xalq yazıçısısan, futboldan girib siyasətdən çıxırsan. Ölkədə məşğul olmadığın iş qalmayıb.
Pulun, evin-eşiyin, maşınların, bağ evlərin, medalların, ordenlərin, ölkədə bütün qapıları təpiklə açırsan, indi də deyirsən ki, bezmişəm.
Ölkədə hər şey sənindir, bircə Azərbaycan dilindən başqa. Azərbaycanın xalq yazıçısan. Amma Azərbaycan dilini bilmirsən. Yazdığın romanlar da ədəbyyat deyil, məhkəmə qətnamələridir. Bakı Ağır Cinayətlər Məhkəməsində sənin romanlarından da maraqlı cinayət işləri var.
İndi camaat sənə nə deyir ki? Deyir, heç olmasa Azərbaycan dilində danış da.
Azərbaycan dilini öyrənmək sənin üçün belə çətindir? Bütün günü boş-boş tədbirlərdə avaralandığına ya kursa get, ya da bir müəllim tut, gəlib sənə dil öyrətsin. Eləmirsən. Çünki Azərbaycan dilinə rus dili qədər hörmətin yoxdur.
Sən Azərbaycan dilində danışa bilmədiyinə görə üzərinə gələn qınaqlardan bezmisən, ölkədən getmək istəyirsən, bəs Azərbaycan dilində mükəmməl yaza bilən, Azərbaycan dilində mükəmməl danışa bilən, ancaq illərdən bəri ölkədə qələmi çörək ağacı kimi minib çapan, özlərindən qat-qat səviyyəsiz adamların əlinin altında qul kimi işləyən, ac-yalavac yazıçılar, qələm adamları neyləsin?
Başqa vaxtı Azərbaycan sevgisindən, vətən, dövlət məhəbbətindən danışırdın, indi bu ölkənin, vətənin, dövlətin dilində danışa bilmədiyinə görə üzərinə gələn tənqidlərdən, qınaqlardan bezirsən. Bəs müxalifətçilər neyləsin, ömürlərinin yarıdan çoxu həbsxanalarda keçir, döyülürlər, aclıqla sınağa çəkilirlər, şantaj edilirlər, təhdid edilirlər, amma yorulmurlar, bezmirlər, sən isə bu boyda təminatlı həyatın içində Azərbaycandan bezdiyini deyirsən. Gör indi siz bizi nə qədər bezdirmisiniz də...

Yekə kişidir. Ölmür utanmıxdan.