BLOQ

Yalançılar

ABŞ Dövlət katibi Amerika mediasının yalan danışdığını etiraf edir

Yalançılar
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Blinken dünən etiraf etdi ki, "Washington Post" və digər media yalanlar dərc edir!!! 

    Gəlin bunu bir kənara yazaq: ABŞ Dövlət katibi Amerika mediasının yalan danışdığını etiraf etdi. Bu, ikinci belə etirafdır... Birincisi Trampdan idi - o, bu medianı saxta media adlandırmışdı... 

    ABŞ siyasəti İsrailə görə hər kəslə qarşıdurmaya getməli olduğu çətin dövrlərdən keçir. 

    Hətta prokuroru HƏMAS liderlərinin və İsrail Baş nazirinin həbsini bir paketdə tələb edən Beynəlxalq Cinayət Məhkəməsi də ABŞ rəsmilərinin tənqid və təhdid hədəfinə çevrilib. 

    Dünyadakı hər şey necə də maraqlıdır: Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Putinin həbsinə order verəndə bu yaxşıdır, amma İsrailin Baş nazirinə toxunmaq olmaz! 

    ABŞ Demokratik Administrasiyası Trampın tezislərini təsdiqləyir! 

    Netanyahuya nifrət edən Bayden onu BCM-nin həbs qərarı təhlükəsindən müdafiə etməlidir!

    Azərbaycan da ABŞ kimi BCM-nin yurisdiksiyasını qəbul edən ölkə olmasa da, Ermənistan Roma Statutuna qoşulub...