Bu gün məşhur futbol hakimi Tofiq Bəhramovun doğum günüdür
Məşhur arbitr 1925-ci il yanvarın 29-da Bakıda anadan olub
Bu gün 1966-cı ildə İngiltərə və Almaniya arasında keçirilən dünya çempionatının finalında vurduğu qol sayəsində şöhrət qazanan azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun doğum günüdür.
Məşhur arbitr 1925-ci il yanvarın 29-da Bakıda anadan olub.
Maraqlı bir detal: həmin yaddaqalan matçdan əvvəl bütün əvvəlki finallarda yalnız baş hakimlərə simvolik qızıl fit verilirdi. 1966-cı ildə isə final matçının bütün hakimləri, o cümlədən laynsmenlər qızıl fitə layiq görüldü. Tofiq Bəhramov da Böyük Britaniya kraliçasının əlindən “qızıl ilahə”nin surətini alıb.
Hakim 1993-cü il martın 26-da Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Qeyd edək ki, o məşhur qolun müəllifi Ceff Herst (İngiltərə) və o qolu buraxan qapıçı Hans Tilikovski (Almaniya) 45 il sonra – 2011-ci ildə Bakıya gəlmiş, Tofiq Bəhramovun heykəli qarşısında şəkil çəkdirmişdilər.