Bu gün "Sabah" və “Araz-Naxçıvan” mübarizəni davam edəcək
Klublarımız Konfrans Liqasının təsnifat mərhələsində III turun ilk oyununu keçirəcəklər FOTO

Bu gün Azərbaycanın "Sabah" klubu futbol üzrə Konfrans Liqasının təsnifat mərhələsində III turun ilk oyununu keçirəcək.
Valdas Dambrauskasın komandası səfərdə Bolqarıstanın “Levski” komandası ilə qarşılaşacaq. Oyun saat 22:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu avqustun 14-də baş tutacaq.
Bu gün Azərbaycanın “Araz-Naxçıvan” klubu futbol üzrə Konfrans Liqasının təsnifat mərhələsində III turun ilk oyununu keçirəcək.
Elmar Baxşıyevin komandası evdə Kiprin “Omoniya” komandası ilə qarşılaşacaq. Oyun 20:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu avqustun 14-də baş tutacaq.