Bu gündən Ben Qurion hava limanı fəaliyyətini bərpa edir
Məlumatı İsrailin Turizm Nazirliyi yayıb

İsrailin Turizm Nazirliyindən "TASS"a verilən məlumata görə, Tel-Əvivin Ben Qurion hava limanı iyunun 23-də fəaliyyətini bərpa edəcək.
Hava limanının məhdudiyyətlərlə işləyəcəyi dəqiqləşdirilir. Hər bir reys üçün 50-dən çox adam qeydiyyatdan keçə bilməz və 3-cü Terminalda eyni vaxtda 1500-dən çox sərnişin ola bilməz.
Xatırladaq ki, hava limanı bir neçə dəfə İran və onun Yaxın Şərqdəki proksi-qüvvələri tərəfindən raket hücumlarına məruz qalıb.