Bu günü və qalan 44 günü unutmayacağıq
Bu Zəfər naminə hazırlaşmaq, vuruşmaq və qalib gəlməyə dəyərdi
27 sentyabr 2020-ci il, bazar günü səhər tezdən hər kəs özünəəxsus qarşıladı, amma hamımız bu günü və qalan 44 günü unutmayacağıq.
Noyabrın 9-na kimi biz dostlarla, Birinci Qarabağ qaziləri və əsgər yoldaşlarımızla İkinci Qarabağın cəbhələrində qarış-qarış dolandığ... unutmamaq və gördüklərimizi sözlə çatdırmamaq üçün.
İsti-isti, təəssüratlarımın və döyüş zabitləri ilə ünsiyyətlərimin nəticələrinə görə, artıq 2020-ci ilin dekabrında kitab yazdım. Lakin bir sıra səbəblərdən nəşr olunmadı.
Amma bu vacib deyil.
Bu Zəfər naminə hazırlaşmaq, vuruşmaq və qalib gəlməyə dəyərdi.
Şəxsən mənim üçün 1992-ci ildən bütün gəncliyim, sonra yetkinliyim, 30 ildən çox vaxtım mübarizədə keçib. İndi bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq, bizim necə şərəfli hadisələr yaşadığımızı anlayırsan.
Allah şəhidlərimizə rəhmət eləsin - şəhidlik zirvəsindən uca heç nə yoxdur.