Ermənilərin əksəriyyəti baş nazir Paşinyanın işini bəyənmir
"Gallup" Beynəlxalq Assosiasiyasının keçirdiyi rəy sorğusunun nəticələri belə deməyə imkan verir

Ermənistanda respondentlərin əksəriyyəti baş nazir Nikol Paşinyanın işini bəyənmir - sorğunun nəticələrini "Gallup" Beynəlxalq Assosiasiyasının rəhbəri Aram Navasardyan təqdim edib, Ermənistan KİV-i xəbər verir.
- Sorğunun nəticələrinə görə, respondentlərin 46,5%-i Paşinyanın fəaliyyətini tamamilə bəyənmir, 19,1%-i onu kifayət qədər mənfi qiymətləndirir, 15,5%-i kifayət qədər müsbət, yalnız 9%-i hazırkı baş nazirə müsbət münasibət bəsləyir.
- Respondentlərin 12%-dən az hissəsi Ermənistanda keçiriləcək parlament seçkilərində hakim “Mülki Müqavilə”yə səs verməyə hazırdır. Respondentlərin
- 4,7 faizi Pobert Köçəryanın müxalif “Ermənistan” blokuna,
- 3,5 faizi isə “Dog” partiyasına,
- 2,7 faiz iş adamı Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” və
- 2,1 faizlə Serj Sarqsyanın “Şərəfim var” partiyasına səs verəcəklər.
- 6,2% heç bir partiyaya səs vermək istəmir, digər 4,7% isə bülleteni korlamağı planlaşdırır. Respondentlərin 24,6 faizi cavab verməkdə çətinlik çəkib, 32,4 faizi isə ümumiyyətlə seçkilərdə iştirak etməyi planlaşdırmır.
- Ermənistan vətəndaşlarının 27,8%-i Ermənistanın sosial-iqtisadi problemlərinin həllini Rusiya ilə, 25,8%-i Avropa Ittifaqı ilə, 3,4%-i isə Aİİ ilə müttəfiqlikdə görür.
"Qeyd etmək olar ki, Ermənistan vətəndaşlarının Avropaya daha çox meylli olduğu əvvəlki illərdəki tendensiyalardan fərqli olaraq, indi Rusiya Federasiyasına istiqamətli kurs yenidən görünür," - "Gallup" Beynəlxalq Assosiasiyasının rəhbəri Aram Navasardyan jurnalistlərə bildirib.
- Sorğunun nəticələrinə görə, respondentlərin 59,6%-i Ermənistan Konstitusiyasının dəyişməz qalmalı olduğunu, 18,4%-i bəzi müddəalara dəyişikliklərin edilməli olduğunu, 7,5%-i isə ölkənin yeni Əsas Qanuna ehtiyacı olduğunu düşünür.