BLOQ

Bizə dostluq çağırışı edənlər 907-ci düzəlişi ləğv etməlidir

ABŞ ilk növbədə balanslaşmış, ədalətli yanaşma nümayiş etdirməlidir

Bizə dostluq çağırışı edənlər 907-ci düzəlişi ləğv etməlidir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 1992-ci ildə Azərbaycana qarşı sanksiya tətbiq olunmuşdu. Bizim ictimaiyyət bilmir, həmin vaxt Ermənistan da sanksiya altında idi. O sanksiyalar 1974-cü ildə qəbul olunan "Cekson-Venik" qanununa əsaslanırdı.

    1974-cü ildə Cekson və Venik adlı iki konqresmenin təşəbbüsü ilə Sovet İttifaqı və Çinə qarşı qanun qəbul edildi. Bu, yəhudilərin azad mühacirət hüquqlarını məhdudlaşdıran dövlətlərə qarşı ticarət sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan ABŞ Ticarət Aktına edilən düzəliş idi.

    Sovet İttifaqı dağılandan sonra MDB ölkələrinə "Cekson-Venik" qanunu şamil olundu. Bu siyahıya Ukrayna və Gürcüstan da daxil idi. Ermənistana tətbiq edilən sanksiyalar 2004-cü ildə aradan götürüldü.

    Diqqət edin, 2004-cü ildə işğalın qüvvədə olmasına baxmayaraq, sanksiyalar ləğv edildi. Baxmayaraq ki, bu sanksiyaları tətbiq edərkən ABŞ Administrasiyası Ermənistanın qonşu dövlətin ərazisini işğal etdiyini xüsusi qeyd edirdi. Hətta Dövlət Departamentinin illik məruzələrinin bir neçəsində Ermənistanın Azərbaycan ərazisini işğal etdiyi göstərilirdi.

    2003-cü ildə Gürcüstana, 2005-ci ildə isə Ukraynaya tətbiq edilən sanksiyalar aradan götürüldü.

    Bir də bizə baxın: 1992-ci ildən sonra nə qədər hadisələr baş verdi, Azərbaycanın daxilində BMT-nin Qaçqınlar üzrə xüsusi yüksək komitəsi didərgin salınmış, məcburi köçkün olan insanların sayının 758 min nəfər olduğunu təsdiqləyib. Ancaq buna baxmayaraq, hər il dayandırılsa da, bizə qarşı sanksiyalar qüvvədə olub.

    Azərbaycan haqlı olaraq tələb edir ki, maneələr aradan götürülsün. Hesab edirəm ki, dövlət başçısının çıxışında məhz bu mövzu vurğulanıb. Əgər kimsə bizə dostluq çağırışı edirsə, ilk növbədə balanslaşmış, ədalətli yanaşma nümayiş etdirməlidir.