BLOQ

ABŞ-ın ən zəngin sülaləsi

Bu barədə “Forbes” yazır

ABŞ-ın ən zəngin sülaləsi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Uolton ailəsi ABŞ-ın ən zəngin ailələri reytinqində birinci yeri tutub.

    Bu barədə “Forbes” məlumat yayıb.

    Nəşrin məlumatına görə, Uolton ailəsinin sərvəti 267 milyard dollar qiymətləndirilir. Son on ildə ailə üzvləri “Walmart”ın təxminən 22 milyard dollarlıq səhmlərini satıb və ümumi məbləği 11 milyard dollar olan ianələr edib. Buna baxmayaraq, ailənin yeddi üzvü hələ də “Walmart”ın səhmlərinin təxminən 45 faizini əlində saxlayır. Bundan əlavə, “Los Angeles Rams” və “Arsenal” da daxil olmaqla, yeddi idman klubu ailənin sərvətinin artmasında mühüm rol oynayır.

    Reytinqdə ikinci yerdə 117 milyard dollar sərvətlə Mars ailəsi qərarlaşıb. Bu sülalə Virciniya ştatının Maklin şəhərində yerləşən ən böyük qənnadı şirkəti olan “Mars”ın sahibidir. Şirkət M&Ms, “Snickers”, “Ben's Original Rice” və “Pedigree” it yemi kimi onlarla tanınmış brendə sahibdir. 2022-ci ildə şirkətin gəliri 47 milyard dollar olub.

    Liderlər siyahısında üçüncü yeri 116 milyard dollar sərvətlə Kox sülaləsi tutub. Çarlz Koxun rəhbərliyi altında 2022-ci ildə satışları 125 milyard dollar olan “Koch Industries” 1967-ci ildən bəri ən böyük holdinqlərdən birinə çevrilib.

    Reytinqdə, həmçinin Cargill-McMillan (60,6 milyard dollar), Edvard Cons (44,8 milyard dollar), Pritzker (41,6 milyard dollar), Samuel Conson (38,5 milyard dollar), Keti (33,6 milyard dollar), Duncan (30 milyard dollar) və Chox (26,8 milyard dollar) sülalələri də yer alıb.