Bu il Azərbaycanda iki mühüm yubiley qeyd olunur
Dünya miqyasında yeniliklərin tətbiq olunduğu ilk məkan
Bu il Azərbaycanın sənaye və nəqliyyat tarixində iki mühüm yubiley qeyd olunur:
- Dünyanın ilk sənaye neft quyusunun 180 illiyi
1846-cı ildə Bakının Bibiheybət neft yatağı ərazisində qazılmış quyu dünya neft sənayesinin başlanğıcı hesab olunur. Bu hadisə Azərbaycanın qlobal enerji tarixində öncül mövqeyini formalaşdırıb və ölkəmizi sənaye neft hasilatının beşiyinə çevirib.
- Sovet məkanında ilk elektrikləşdirilmiş dəmir yolunun 100 illiyi
1926-cı ildə Bakı-Sabunçu-Suraxanı istiqamətində istismara verilən elektrikləşdirilmiş dəmir yolu xətti nəqliyyat sahəsində yeni mərhələnin əsasını qoydu. Elektrik dartısına keçid daşımaların sürətini və səmərəliliyini artıraraq regionun sənaye və şəhər inkişafına mühüm təkan verdi.
Bu iki yubiley Azərbaycanın həm enerji, həm də nəqliyyat sahələrində dünya miqyasında yeniliklərin önündə yer aldığını və sənaye modernləşməsinə mühüm töhfələr verdiyini xatırladır.
1 dəqiqə