"Biz inanc və arzularla yaşadıq və heç vaxt təslim olmadıq"
1-ci Qarabağ müharibəsində jurnalist kimi çalışan Riçard Lapaytisin essesi

Bu, Ağdama gedən dəmir yoludur... Mən uzun illər keçmiş cəbhə bölgəsində qaçqın düşərgələrində işləyəndə bunu görmüşəm.
Baxıb, bir gün başqa, gözəl olacağına inanaraq, xəyal qurmaqdan heç vaxt əl çəkmədim...
Yeni relslərin olacağına, onlarla müasir qatarın gedəcəyinə! İnsanlar isə orada oturub isti çay içəcəklər. Qatarın işıqlı pəncərəsindən kənarda mənzərənin necə dəyişdiyini izləyəcəklər.
Hər dəfə sürücü mənə deyirdi: tez gəl! Bu köhnə relslərin nəyini çəkirsən? Yalnız çirkli gölməçələr və iti daşlar... Bir də qum torbaları var idi ki, güllə keçməsin... Sürücü həmişə tələsir, eyni sözləri deyirdi.
Bilirsiz, yuxu görmürsənsə, bu, yavaş-yavaş ölmək deməkdir, çiçəyin susuz və işıqsız öldüyü kimi. Mən heç vaxt yoldan çıxmaqdan qorxmamışam. Bir qəriblə danışmaqdan. Gəlib yad adamın evində çay içməkdən. Ev sahibi xahiş etsə gecələmək! Mənim üçün heç yad şəhər olmayıb! Elə bir kənd yoxdu ki, girməkdən imtina edim.
Saatlarla soruşa bilərəm ki, necə yaşayırsınız? Və əlbəttə ki, nə xəyal edirsən? Sizcə mən snayperlərdən qorxurdum? Ya da işğalçılardan? Onlar isə bütün bu otuz ili qorxurdular! Çünki geri dönəcəyimizi vahiməsi ilə yaşayırdılar!
Amma biz inanc və arzularla yaşadıq və heç vaxt təslim olmadıq. Və əgər biz bir dəfə də olsun bütün regionun taleyini dəyişmək riskinə getməsəydik... Bu relslər elə də qalardı!
Bu yaxınlarda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazmışdı ki, cəmi beş il bundan əvvəl biz Bakı-Ağdam sürət qatarı ilə səyahət etməyi ancaq xəyal edə bilərdik. Gözəllik haqda xəyal edin! İnsanın böyüklüyü pulda deyil, arzularında və onlara çatmaq arzusundadır! Bu, həyatın mənasıdır! Heç nəyi sabaha qoyma! Və adi yolunuzu dəyişməkdən qorxmayın. Həyatın nizamı durğun su kimidir. Uca Allah yolda olanları... arzuları qanad kimi olanları daha çox sevir! Xəyalpərəst insanın bir qabiliyyəti var, o da taleyin ona verdiyini sevməkdir...
Bir gün mən də minəcəm Bakı-Ağdam sürət qatarına!!!
Litvalı jurnalist
Richard Lapaytis