XƏBƏRLƏR / İctimaiyyət

Bu il doğulan əkizlərin və üçəmlərin sayı açıqlanıb

Dövlət Statistika Komitəsi məlumat yayıb

Bu il doğulan əkizlərin və üçəmlərin sayı açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında ölkə üzrə 53918 doğulan körpə qeydə alınıb.

    Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

    Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 10,7-yə düşüb.

    Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 1580-i əkiz, 75-i üçəm, 4-ü isə dördəm olub.