XƏBƏRLƏR / Turizm

Bu il ölkəyə gələn turistlərin sayı azalıb

Məlumatı Dövlət Statistika Komitəsi yayıb

Bu il ölkəyə gələn turistlərin sayı azalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İlk on ayda Azərbaycana turist axını 4,2% azalıb.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 195 ölkədən 2,08 milyondan çox əcnəbi səfər edib.

    Gələnlərin ən böyük payı Rusiyadan (26,6%), Türkiyədən (19,4%), İrandan (7,6%) və Gürcüstandan (4,9%) gəlib.

    Aİ ölkələrindən gələn qonaqların sayı 9,9%, MDB ölkələrindən gələnlərin sayı 5,5%, Fars körfəzi ölkələrindən gələnlərin sayı isə 31,5% azalıb.