Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı paylaşım etdi
"Azərbaycanlı qardaşlarımızın 31 il öncə Xocalıda qətl edilməsini lənətləyirik"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib. O, twitter səhifəsində bu barədə yazıb: "Azərbaycanlı qardaşlarımızın 31 il öncə Xocalıda qətl edilməsini lənətləyir, şəhidlərimizi bir daha rəhmətlə anırıq. Xocalıda bəşəriyyətə qarşı törədilmiş cinayəti unutmadıq, unutmayacağıq. Can Azərbaycanın kədəri bizim kədərimizdir", - deyə Çavuşoğlu qeyd edib.