XƏBƏRLƏR / Təbiət

Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib

Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti reintroduksiya tədbiri həyata keçirilib.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib.

    O deyb ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş fauna növlərinin bərpası və reintroduksiyası tədbirləri çərçivəsində Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb.

    Xaliq Mirzəyev diqqətə çatdırıb ki, bu günədək işğaldan azad edilmiş ərazilərə 50 baş ceyran buraxılıb.