Cəbrayılın füsunkar payız görüntüləri VİDEO

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Xüsusi Nümayəndəlik xəbər verir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • 2020-ci ilin payızı... Xalqımızın həyatında ən unudulmaz və yaddaşlarda iz buraxan fəsil oldu. Cəmi 44 gün çəkən Vətən müharibəsinin başlandığı payız fəslində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Müharibənin səkkizinci günü – oktyabrın 4-də Azərbaycan Ordusunun Cəbrayıl şəhəri və bir neçə kəndi azad etməsi xəbəri də sanki payızın xalqımıza xoş müjdəsi idi.

    Elə indi də payızdır... Payız azad Cəbrayıla indi daha gözəl yaraşır. Hər tərəf sarı-qırmızı rəngə boyanıb. Günəşin ilıq nəfəsi, axan çayların şırıltısı, qızılı rəngli təbiət könül oxşayır.