Cənubi Azərbaycanda azadlıqdan məhrum edilən fəallara dəstək
Tehran İnqilab Məhkəməsi milli fəalları 88 il müddətinə azadlıqdan məhrum etməsi qərarı çıxarıb

Cənubi Azərbaycanda 88 il azadlıqdan məhrum edilən fəallara dəstək kampaniyası başlayıb.
Fəallara dəstək kampaniyası Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin məşhur qəddar hakimi Əbülqasım Salavatinin Güney Azərbaycandan olan milli fəalları 88 il müddətinə azadlıqdan məhrum etməsindən sonra başlayıb.
Azad İranın məlumatına görə, sosial şəbəkələrdəki paylaşımlarda insanlar fəalların dərhal azadlığa buraxılmasına və onların hüquqlarının tanınmasına çağırışlar edir.
“Təbriz vaxtı ilə saat 09:00-da başlayacaq 24 saatlıq “Trend Topik” aksiyasına qoşulun, onların səsi olun və səsimizi eşitdirək” aksiyada iştirak üçün çağırışlardan birində deyilir.
Qeyd edək ki, Cənubi Azərbaycandan olan 12 milli fəal “daxili və xarici təhlükəsizliyə qarşı sui-qəsd”, “dövlət quruluşuna qarşı təbliğat aparmaq” və “casusluq” maddələri ilə təqsirləndirilib: Bağır Hacızadə 13 il, Ayaz Seyfxax isə 13 il müddətinə azadlıqdan məhrum edilib, Araz Amani - 13 yaş, Vədud Əsədi - 9 il 6 ay, Əbdüləziz Əzimi Qədim - 6 il, Murtuza Pərvin - 6 il, Tahir Nağavi - 6 il, , Salar Tahir Əfşar - 5 il, Hüseyn Piri - 5 il, Səid Minayi - 5 il, Kamal Nuri - 3 il, və Süleyman Məhəmmədi 3 il müddətinə azadlıqdan məhrum edilib.
#FreeTurkActivists