XƏBƏRLƏR / Seçki

Cənubi Koreyada prezident seçkiləri iyunun 3-də keçiriləcək

"Yonhap" agentliyi xəbər verir

Cənubi Koreyada prezident seçkiləri iyunun 3-də keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cənubi Koreya hökuməti Yun Sek Yolun impiçmentinin təsdiqlənməsindən sonra iyunun 3-ü tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edib.

    Bu barədə ölkənin Baş naziri Han Dok Sunun ofisi məlumat yayıb.

    Qeyd edək ki, aprelin 4-də Konstitusiya Məhkəməsi yekdilliklə Prezident Yun Sok Yolu hakimiyyətdən kənarlaşdırıb və seçkilər 60 gün ərzində keçirilməlidir.

    Aprelin 8-də Baş nazirin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. Nazirlər Kabinetinin üzvləri də seçkinin iyunun 3-ü keçirilməsini təsdiqləyiblər.