XƏBƏRLƏR / Məhkəmə

Cənubi Koreyanın sabiq prezidentinə 5 il həbs cəzası kəsilib

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb

Cənubi Koreyanın sabiq prezidentinə 5 il həbs cəzası kəsilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cənubi Koreyanın sabiq prezidenti Yun Suk Yol ilə 5 il həbs cəzasına məhkum edilib.

    Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

    Məlumata görə, məhkəmə Yun Suk Yolu vəzifə səlahiyyətlərindən sui-istifadə və həbsə mane olmaq ittihamı ilə beş il müddətinə azadlıqdan məhrum edib.

    Qeyd edək ki, Yun Suk Yolun elan etdiyi hərbi vəziyyət uğursuzluqla nəticələnib. O, 2024-cü ilin dekabrında impiçment yolu ilə prezidentlik postundan məhrum edilib. Sabiq prezident vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla, bir sıra cinayətlərdə ittiham olunurdu