XƏBƏRLƏR / Siyasət

Cevdet Yılmaz Azərbaycana səfərə gəlib

Türkiyənin vitse-prezidenti səfər proqramıтж açıqlayıb

Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib.

    Bu barədə Cevdet Yılmaz "X" hesabında məlumat verib.

    “Biz Azərbaycandayıq - kədəri kədərimiz, sevinci sevincimiz olan qardaş ölkədə, Türkiyə və Azərbaycan iki dövlətdir, bir millətdir. Səfər proqramı çərçivəsində Türkiyənin 100 illik Əməkdaşlıq və Həmrəylik Platformasının təşkil etdiyi “İş Dünyası Toplantısı” proqramında iştirak edəcəyik. Sabah səhər Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyik. Daha sonra Bakıda Fəxri dəfnlər, Şəhidlər və Türk Şəhidləri Xiyabanını ziyarət edəcəyik. Sonra Azərbaycanın Baş naziri cənab Əli Əsədov və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcəyik. Daha sonra Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyinə baş çəkərək proqramımızı yekunlaşdıracağıq. Möhkəm bağlarla bağlı olan sarsılmaz Türkiyə-Azərbaycan qardaşlığı əbədi olaraq qalacaq”.