Ceyhun Bayramov Abbas Əraqçi ilə telefonla danışib
Azərbaycan və İran XİN rəhbərləri İran ətrafında yaranmış vəziyyət müzakirə ediblər
Azərbaycanın xarici işlər naziriCeyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı İran ətrafında yaranmış vəziyyət müzakirə olunub.
Bayramov vurğulayıb ki, Azərbaycanın hava məkanı və ya ərazisi İrana qarşı hücumlar üçün istifadə edilməyəcək
Nazir bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onunda ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib.
Azərbaycanın onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb.
1 dəqiqə