XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov COP29-da Annalena Berbok ilə görüşüb FOTO

Azərbaycan və Almaniyanın xarici işlər nazirləri Bakı-İrəvan normallaşması prosesinin müzakirə ediblər

Ceyhun Bayramov COP29-da Annalena Berbok ilə görüşüb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüb.

    Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli gündəliyi, həmçinin COP29 çərçivəsində davam edən danışıqları müzakirə ediblər.

    "Nazirlər həmçinin regionda münaqişədən sonrakı vəziyyəti, Azərbaycan-Ermənistan normallaşması prosesinin hazırkı vəziyyətini, eləcə də sülh prosesində mövcud problemləri müzakirə ediblər.

    Nazir Ceyhun Bayramov Azərbaycana qarşı koordinasiya edilmiş qərəzli və əsassız qarayaxma kampaniyasından narahatlığını bir daha vurğulayaraq, Azərbaycanın mövqeyini diqqətə çatdırıb", - XİN-dən bildirilib.