XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov Misirin xarici işlər naziri ilə danışıb

Azərbaycan XİN rəhbəri və Bədr Abdelati əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulayıblar

Ceyhun Bayramov Misirin xarici işlər naziri ilə danışıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Misirin xarici işlər və miqrasiya naziri Bədr Abdelati arasında telefon danışığı olub.

    Telefon danışığı zamanı Azərbaycan ilə Misir arasında dostluq münasibətlərinin, qarşılıqlı etimada əsaslanan ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

    Tərəflər beynəlxalq təşkilatlar və çoxtərəfli formatlar çərçivəsində koordinasiya işinin təkmilləşdirilməsinin zəruriliyini qeyd ediblər.