XƏBƏRLƏR

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarında

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarında
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfər çərçivəsində Moskvada “Naməlum əsgər” məzarını ziyarət edib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

    Nümayəndə heyəti “Naməlum əsgər” məzarının önünə əklil qoyub.