Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışıb
Bu barədə Pakistanın xarici siyasət idarəsinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı İshaq Dar ilə telefonla danışıb.
Bu barədə Pakistanın xarici siyasət idarəsinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Qeyd olunub ki, tərəflər Yaxın Şərqdəki vəziyyəti və Qəzzadakı humanitar böhranı müzakirə ediblər.
Nazirlər, həmçinin ərəb və müsəlman ölkələrinin regionda sülh və sabitliyə köməklə bağlı geniş səyləri, eləcə də Misirin Şarm-əş-Şeyx şəhərində gözlənilən sammit barəsində fikir mübadiləsi aparıblar.