XƏBƏRLƏR / Diplomatiya

Xarici işlər naziri Ceyhun Bayramov Polşaya gedib

XİN xəbər verir

Xarici işlər naziri Ceyhun Bayramov Polşaya gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 24 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşa Respublikasına işgüzar səfərə yola düşüb.

    Bu barədə Azərbaycan XİN məlumat yayıb.

    Məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 25 iyun tarixində Qdansk şəhərində Ukrayna Bərpa Konfransında iştirakı və bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.