XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Bu barədə XİN-dən bildirilib

Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfərə yola düşüb.

    Bu barədə XİN-dən bildirilib.

    Qeyd edilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4-5 may tarixlərində Bancul şəhərində baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirakı və çıxışı, habelə bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.