Çin azad edilmiş ərazilərin bərpasına töhfə verməyə hazırdır
Bu barədə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Dinq Tao mətbuat konfransında bildirib

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao cümə günü mətbuat konfransında bildirib ki, Çin Azərbaycana humanitar minatəmizləmə əməliyyatlarında yardım etməyə və işğaldan azad edilmiş ərazilərin bərpasına mühüm töhfə verməyə hazırdır.
- Onun sözlərinə görə, Çin Ərazilərin Minalardan Təmizlənməsi üzrə Agentlik (ANAMA) ilə əməkdaşlıq qurmaqla Azərbaycanın Qarabağ bölgəsinin bərpasına dəstək nümayiş etdirib.
“Çin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına dəstək verir. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edən kimi bəzi ərazilərdə kommunikasiya şəbəkələrinin çəkilişində şirkətlərimiz iştirak edib. COP29 çərçivəsində Energy China və Azərbaycan tərəfi Füzulidə 160 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsinə dair saziş imzalayıblar ki, bu da Çinin Azərbaycanda “Yaşıl Enerji Zonası”nın yaradılmasına töhfəsi olacaq".
- Diplomat Çinin Azərbaycan hakimiyyətinin ölkənin inkişafı ilə bağlı strategiyasını dəstəklədiyini və Azərbaycan cəmiyyətinin inkişafına və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına daha böyük töhfə verməyə hazır olduğunu vurğulayıb.
“Ölkədə sənayenin inkişafına və məşğulluğun artırılmasına kömək etmək məqsədilə Azərbaycanla ticari-iqtisadi və investisiya əməkdaşlığının fəal həyata keçirilməsi ilə yanaşı, Çin uzun illərdir Heydər Əliyev Fondu ilə birgə müxtəlif sosial layihələr həyata keçirir”.