XƏBƏRLƏR / Hərbi

Çin hərbi təlimlərə başlayır

Bu barədə Çinin Dəniz İşləri Administrasiyasının saytında məlumat yerləşdirlib

Çin hərbi təlimlərə başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çin iyulun 15-dən 16-dək Cənubi Çin dənizində hərbi təlimlər keçirmək niyyətindədir.

    Bu barədə Çin Xalq Respublikasının Dəniz İşləri Administrasiyasının saytında yerləşdirilən məlumatda deyilir.

    Qısa bildirişdə Şimali Natuna dənizinin müəyyən ərazilərində müvəqqəti naviqasiya qadağasının tətbiq ediləcəyi vurğulanıb.

    Təlim iyulun 15-də yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 05:00) başlayacaq və iyulun 16-da saat 19:00-da (Bakı vaxtı ilə 15:00) başa çatacaq. Təlimə hansı qüvvə və vasitələrin cəlb olunacağı açıqlanmır.