XƏBƏRLƏR / Hərbi

Çin Pakistana məhdud görüntülü FC-31 stels-qırıcıları verir

Bu barədə "Janes" nəşri məlumat yayıb

Çin Pakistana məhdud görüntülü FC-31 stels-qırıcıları verir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistan Çinin FC-31 stels-qırıcılarını alacaq.

    Stels texnologiyası radar, infraqırmızı və digər diapazonlarda avadanlığın (təyyarə, gəmi) görünməsini azaltmaq üçün istifadə edilən məhdud görüntü texnologiyasıdır.

    "Janes" dərgisi xəbər verir ki, Çin Pakistanı Shenyang FC-31 “Gyrfalcon” beşinci nəsil çoxməqsədli qırıcılar ixrac edəcək.

    Bu barədə dərgi belə məlumatlar verib:

    • Önümüzdəki aylarda ilk çatdırılmalar gözlənilir
    • PAF (Pakistanın Hərbi Hava Güvvələri) pilotları artıq Çində təlim keçir
    • Təyyarə PL-17 raketləri ilə silahlanacaq (zərbə məsafəsi 400 km-ə qədər)
    • Mənbələrə görə, söhbət 30-40 qırıcıdan gedir
    • Bu, 2025-ci ilin mayında Hindistanla münaqişədən sonra Pakistanın arsenalında ilk böyük Çin hərbi platforması ola bilər.