Çin, Qırğızıstan və Özbəkistan dəmir yolu tikəcək
Bu dəmir yolu Çini Avropayla bağlayan Transxəzər dəhlizinin bir parçası olacaq
Pekində Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin birgə təşviqi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin imzalanması mərasimi keçirilib.
Sazişi Qırğızıstanın nəqliyyat naziri Tilek Tekebayev, Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov və Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin sədri Zheng Shanjie imzalayıblar.
Bundan əvvəl "LogiStan" yazıb ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi ilə məşğul olacaq birgə müəssisə 2024-cü ilin iyununda yaradılacaq.