Çin rəsmilıri son üç ildə ilk dəfə Tayvana səfər edib
Nümayəndə heyəti fevralın 20-dək adada qalacaq
Materik Çin rəsmi nümayəndə heyətinin altı üzvü Fənər festivalında iştirak etmək və Taypey şəhər hökuməti ilə əlaqələri gücləndirmək üçün ilk dəfə Tayvana gəlib.
TASS yazır ki, bu, materik Çin nümayəndələrinin son üç ildə Tayvana ilk rəsmi səfəridir. Taypey rəsmilərinin qeyd etdiyi kimi, Şanxay nümayəndə heyəti fevralın 20-dək adada qalacaq.