XƏBƏRLƏR / Elm və Texnologiya

Çin uzaqdan zondlama peykini orbitə çıxarıb

Bu barədə “Zhongguo Hantianbao” qəzeti yazır

Çin uzaqdan zondlama peykini orbitə çıxarıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çin “Tianhui 5-02” Yerin məsafədən zondlanması peykini uğurla orbitə çıxarıb.

    Bu barədə “Zhongguo Hantianbao” qəzeti yazır.

    Qeyd olunur ki, qurğunun buraxılışı Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib.

    Qəzetin yazdığına görə, “Tianhui 5-02” coğrafi məlumatların ötürülməsi, torpaq siyahıyaalınması və elmi araşdırmalar üçün istifadə ediləcək.

    Bundan əvvəl Çinə məxsus daşıyıcı raket dağlarda qəzaya uğramışdı.