XƏBƏRLƏR / Elm və Texnologiya

“WhatsApp”da daha bir yenilik

Mesencerinin “iOS” əməliyyat sistemi əsasında işləyən qurğular üçün beta versiyasında mövcuddur

“WhatsApp”da daha bir yenilik
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “WhatsApp” mesencerində foto və video çəkməklə bağlı yeni funksiya istifadəyə veriləcək.

    Foto çəkərkən istifadəçilər çəkiliş miqyasını dəyişə biləcəklər.

    Məlumata görə, yenilik “WhatsApp” mesencerinin “iOS” əməliyyat sistemi əsasında işləyən qurğular üçün beta versiyasında mövcuddur.

    Bunun üçün onlar kamera işarəsinin yanında yerləşən xüsusi düyməni basmalı olacaqlar. Yeni funksiyanın proqram vasitəsilə foto və video çəkiliş prosesini daha rahat edəcəyi bildirilir.

    Qeyd edək ki, daha əvvəl tətbiq edilən yenilik sayəsinə mesencerin “iOS” əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratmaq mümkün olub.