Çində krematoriyadan 4 mindən çox cəsəd oğurlanıb
Meyitlərin sümükləri diş transplantasiyası istehsalı üçün satılıb
Çində krematoriyadan 4 mindən çox cəsədi oğurlayan cinayətkar şəbəkənin üstü açılıb.
Xarici mətbuat yazır ki, oğurlanmış meyitlərin sümükləri diş transplantasiyası istehsalı üçün satılıb və cinayətkar qrupun qazancı on milyonlarla dollar təşkil edib.
İstintaq zamanı polis 18 tondan çox sümük və 34 mindən çox yarımfabrikat və hazır məhsul götürüb. Qeyd olunur ki, krematorium əməkdaşları cəsədləri parçalara ayırıb, sonra isə sonrakı emal üçün daşıyıblar.