XƏBƏRLƏR / Hadisə

Çində restoranda partlayış olub, ölən və yaralananlar var

İlkin ehtimala əsasən, partlayış qaz sızmasından baş verib

Çində restoranda partlayış olub, ölən və yaralananlar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çinin Hebey vilayətinin Sanhe şəhərinin Yanciao qəsəbəsindəki restoranda baş verən partlayış nəticəsində ən azı bir nəfər ölüb, 22 nəfər xəsarət alıb.

    Vilayət hökumətinin açıqlamasında bildirilir ki, yerli vaxtla səhər saat 8 radələrində baş verən partlayış nəticəsində restoranın yerləşdiyi binaya və yaxınlıqdakı avtomobillərə ciddi ziyan dəyib. İlkin ehtimala əsasən, partlayış qaz sızmasından baş verib.

    Hazırda ərazidə axtarış işləri aparılır.