XƏBƏRLƏR / İctimaiyyət

Çingiz Mustafayev adına Fond jurnalistləri mükafatlandırdı

Bu barədə ANS Press xəbər verir

Çingiz Mustafayev adına Fond jurnalistləri mükafatlandırdı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Milli Qəhrəman Çingiz Mustafayevin 63 yaşı münasibətilə hərbi vətənpərvərlik mövzusunda ənəvəvi “Ən yaxşı yazı” müsabiqəsinin qaliblərini mükafatlandırıb.

    Müsabiqəyə təqdim olunmuş aşağıdakı yazılarda üstünlük verilrdi:

    -  Materialların nəzərdə tutulan mövzunu dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti.

    - 2023-cü il avqustun 27-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar.
    Beləliklə, "anspress.com" portalının yazarı Cahan Əliyeva, "Yeni Müsavat" Media Qrupunun redaktoru Aytən Novruz və "günün səsi" portalının yazarı Gülər Əhmədova qalib olub.

    Çingiz Mustafayev adına Fondun prezidenti Seyfulla Mustafayev və fabrikin direktoru Orxan Məmmədov qalibləri təbrik edərək, onlara şəhadətnamə, VMF saat fabrikinin Milli Qəhrəman Çingiz Mustafayevin 63 yaşı münasibətilə keçirilən “Ən yaxşı yazı” müsabiqəsinin qalibləri üçün xüsusi olaraq istehsal etdiyi saat və VMF eynəyi təqdim edib.

    "Ən yaxşı yazı” müsabiqəsinin qaliblərindən biri - Cahan Əliyeva Türkiyədə yaşadığı üçün tədbirə online qoşulub və onun hədiyyələri özünün müəyyən etdiyi şəxs - Sevinc Eminzadəyə təqdim olunub. 

    Qalib yazıları portalımızın bloq bölümündə oxuya bilərsiniz.