XƏBƏRLƏR / İctimaiyyət

Çökmə səbəbindən Heydər Əliyev prospekti bağlanıb

AAYDA xəbər verir

Çökmə səbəbindən Heydər Əliyev prospekti bağlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Heydər Əliyev prospektinin "Koroğlu" metro stansiyası istiqamətində olan əsas yol üzrə hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Bildirilib ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin altından keçən su borusunda qəzanın baş verməsidir.

    Qəza baş verəndən dərhal sonra əraziyə AAYDA-nın və aidiyyəti qurumun əməkdaşları cəlb olunublar. Agentlik tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

    Aidiyyəti qurum tərəfindən qəzanın aradan qaldırlması üçün prospektdə gecə saatlarında qazıntı işlərinə başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

    Qəza aradan qaldırıldıqdan sonra AAYDA tərəfindən qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq.