XƏBƏRLƏR / COP29

COP29-da Azərbaycanda insan hüquqları ilə bağlı debatlar

Debatların mövzusu: "İqlim ədaləti mülki məkan və əhəmiyyətli iştirak olmadan mümkün deyil"

COP29-da Azərbaycanda insan hüquqları ilə bağlı debatlar
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Tədbiri Human Rights Watch, Amnesty International və bir sıra digər hüquq- müdafiə strukturlar təşkil ediblər.

    Görüş iştirakçısı, "Demokratik monitor" qeyri-hökumət təşkilatının rəhbəri Fuad Həsənov Turan-a bildirib ki, çıxışların leytmotivi ondan ibarət olub ki, vətəndaş cəmiyyəti üçün məkanın məhdudlaşdırılması şəraitində iqlim dəyişikliyi problemilə bağlı sərbəst müzakirələr aparıla bilməz.

    Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti institutlarının faktiki iflic vəziyyətində olması xüsusi qeyd olunub.

    Ölkədəki qeyri-hökumət təşkilatları qeydiyyat problemlərilə üzləşirlər,  ölkədə işləməsi faktiki qadağan edilmiş beynəlxalq təşkilatlardan maliyyələşmə əldə edə bilmirlər. Bu fonda xaricdən gələn istənilən maliyyə yardımı qaçaqmalçılıq kimi qiymətləndirilir.