COP29: "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü"
Tədbir təcrübənin paylaşılması üçün müxtəlif kənd təsərrüfatı təşəbbüslərini uyğunlaşdırmaq məqsədi daşıyır
COP29 çərçivəsində “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün başladılması: fermerləri iqlim dayanıqlılığı üçün gücləndirmək” adlı tədbir keçirilir.
Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlığı çərçivəsində COP29 Rəyasət Heyətinin Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünə başlayacağı Ərzaq, Kənd Təsərrüfatı və Su Gününün rəsmi açılışı olacaq.
Harmoniya daha çox təsir göstərmək üçün daha çox uyğunluq və təcrübənin paylaşılması üçün müxtəlif kənd təsərrüfatı təşəbbüslərini uyğunlaşdırmaq məqsədi daşıyır. Harmoniya Təşəbbüsü fermerləri, kəndləri və kənd icmalarını gücləndirmək üçün bir-birindən fərqli təşəbbüsləri, koalisiyaları, şəbəkələri və tərəfdaşlıqları bir araya gətirərək aqreqator rolunu oynayacaq.
Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün üç məqsədi var.
Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev deyib.
O bildirib ki, Azərbaycanda əhalinin 50 %-i kənddə yaşayır: “Məşğulluğun 46 %-i kənd əhalisinin payına düşür. Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsündə yaşıl iqtisadiyya keçid üçün mühüm əhəmiyyət kəsb edir”.
Nazir qeyd edib ki, təşəbbüsün əsas məqsədi kənd təsərrüfatının transformasiyasını həyata keçirməkdir: “Bu təşəbbüsün üç hədəfi var. Birincisi, onun fermerlər üçün platforma olması, əməkdaşlığın daha da gücləndirilməsidir. İkincisi, bu sahədə invesitisiya axınını gücləndirməkdir. Buraya özəl banklar da qoşulacaq. Üçüncüsü, qadın fermerlər daxil olmaqla onların imkanlarının gücləndirilməsidir".