XƏBƏRLƏR / Ekologiya

COP29 Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib

İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb

COP29 Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib
  • Oxuma müddəti:

    4 dəqiqə

  • COP29 Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib. 

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb: "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilir:

    Təşkilat Komitəsinin sədri

    Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

    Təşkilat Komitəsinin üzvləri:

    Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti

    Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

    Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

    Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

    Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

    Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

    Emin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziri

    Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

    Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

    Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri

    Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

    Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi

    Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri

    Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

    Nigar Arpadarai – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

    Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

    Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

    Ruslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru

    Aygün Əliyeva – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru

    Səbinə Əliyeva – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)

    Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

    Sevinc Fətəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

    Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

    İlhamə Qədimova – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

    Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

    Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

    Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru

    Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

    Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri

    Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

    Bahar Muradova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

    Zəkiyyə Mustafayeva – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

    Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

    Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

    Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

    Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

    Firuzə Sultanzadə – “EkoSfera” Sosial Ekoloji Mərkəzi İdarə Heyətinin sədri

    Umayra Tağıyeva – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

    Mariana Vasileva – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

    Səadət Yusifova – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.