XƏBƏRLƏR / COP29

COP29 yeni iqlim maliyyə hədəfinə nail olmalıdır

Bunu Cənub-Şərqi Asiya üzrə "Greenpeace"in İcraçı Direktoru Naderev Sanjo COP29 iclasında deyib

COP29 yeni iqlim maliyyə hədəfinə nail olmalıdır
Naderev Sanjo
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cənub-Şərqi Asiya üzrə "Greenpeace"inin  İcraçı Direktoru Naderev Sanjo: Biz COP29-un yeni iqlim maliyyə hədəfinə nail olacağını gözləyirik

    ABŞ-ın yeni prezidentinin yenidən Paris razılaşmalarından çıxması ehtimalı var, lakin dünya ictimaiyyəti iqlim məqsədlərinə nail olmaq yolunda dayanmamalıdır.

    Sanyo qeyd edib ki, iqlimlə bağlı tədbirlər təkcə milli səviyyədə deyil, Ağ Evdə kimin oturmasından asılı olmayaraq ABŞ-ın ştatları və şəhərləri səviyyəsində də həyata keçirilə bilər.

    "İnkişaf etmiş ölkələrin kifayət qədər pulu var, biz onların bu puldan müharibələr, münaqişələr aparmaq, banklarını və maliyyə institutlarını təmin etmək üçün necə istifadə etdiyini görürük" deyən o, COP29-un yeni iqlim maliyyəsi hədəfinə çatmasını gözlədiyini əlavə etdi.