XƏBƏRLƏR / Sağlamlıq

COVID-19 pasportu ilə bağlı bəzi tələblər ləğv edilir

Xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb

COVID-19 pasportu ilə bağlı bəzi tələblər ləğv edilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) ilə bağlı bəzi tələblər ləğv edilir. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, aşağıdakı hallarda COVID-19 pasportu tələbi ləğv edilir:

    - xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı;
    - müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.