XƏBƏRLƏR / Hərbi

Çoxmillətli "Birlik - 2025" birgə regional təlimi davam edir

Müdafiə Nazirliyi xəbər verir

Çoxmillətli "Birlik - 2025" birgə regional təlimi davam edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə keçirilən çoxmillətli "Birlik - 2025" birgə regional təlimi davam edir.

    Müdafiə Nazirliyi xəbər verir ki, ümumilikdə 3 mərhələdən ibarət təlimdə dövlət sərhədinin mühafizəsi və müdafiəsinin gücləndirilməsi, qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və məhv edilməsi üzrə fəaliyyətlər uğurla yerinə yetirilir.

    Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin hərbi kontingentləri arasında qarşılıqlı fəaliyyətlərin təşkili üzrə hazırlıqlarının təkmilləşdirilməsinə, birgə əməliyyatların keçirilməsi imkan və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.