XƏBƏRLƏR / Hava

Cümə günü Bakıda küləkli hava gözlənilir

Rayonlarda bəzi yerlərdə arabir yağış yağacaq

Cümə günü Bakıda küləkli hava gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 4-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə az yağış yağacağı, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə müsbət 20 +25, gündüz müsbət 26 +31 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.

    Rayonlarda bəzi yerlərdə arabir yağış yağacaq.

    Dağlıq və dağətəyi rayonlarda yağış leysan xarakterli olacaq, şimşək çaxacaq, dolu düşəcək.

    Gecə və səhər bəzi yerlərdə şərq küləyi güclənəcək.

    Havanın temperaturu aran rayonlarında  müsbət 20 +25, gündüz müsbət 28 +33 dərəcə olacaq.

    Dağlarda gecə müsbət 10 +15, gündüz müsbət 15 +20 dərəcə gözlənilir.