XƏBƏRLƏR / Hava

Dağlara qar yağıb. Hal-hazırdakı hava şəraiti

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Dağlara qar yağıb. Hal-hazırdakı hava şəraiti
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 25-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 25-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə saatlarında bəzi qərb rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

    Yağan qarın hündürlüyü Şahbuzda 5, Daşkəsəndə 1 sm-dir.

    Sumqayıt, Qusar, Naftalan, Şəmkir, Qobustan, Yevlax, Zərdab, Sabirabadda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.